EN

İnsan zehnini anlamağın açarı tapıldı

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Plasenta insan intellektinin və neyromüxtəlifliyin, o cümlədən autizmin mənşəyini anlamaqda mühüm rol oynaya bilər. Bu nəticəyə işləri "Brain Medicine jurnalında dərc olunmuş neyrobioloq Aleks Sompanidis gəlib.

BAKU.WS-in "Brain Medicine"ə istinadən verdiyi xəbərə görə, alim qeyd edib ki, plasentanın "passiv filtr" kimi ənənəvi təsəvvürü artıq köhnəlib: bu orqan beynin inkişafını testosteron və estrogen kimi steroid hormonlar vasitəsilə fəal şəkildə tənzimləyir.

"Plasenta böyük potensiala malikdir, çünki onun vəziyyətini doğuş zamanı öyrənmək mümkündür. Bu isə inkişaf xüsusiyyətləri olan uşaqlar üçün erkən skrininq və dəstək yolunu açır", – Sompanidis vurğulayıb.

Tədqiqatçı plasentanın fəaliyyətini təkcə beynin inkişafındakı fərqlərlə deyil, həm də Homo sapiens-in idrak funksiyalarının təkamülü ilə əlaqələndirir. Onun fikrincə, məhz plasentanın adaptasiyaları insanda böyük beyinlərin, nitqin, sosial davranışın və abstrakt təfəkkürün formalaşmasına təkan verib.

Hazırda Sompanidis "Simons Foundation"un dəstəyi ilə professor Saymon Baron-Koenin rəhbərlik etdiyi beynəlxalq komandada çalışır. Alimlər hamiləlikdəki fəsadlarla neyroinkişaf xüsusiyyətlərini, o cümlədən autizmdə daha çox nəzərə çarpan cinsi fərqləri birləşdirən ümumi bioloji mexanizmləri araşdırırlar.

Alim vurğulayır ki, onun yanaşması "patologiya axtarışına" deyil, autizmin insan neyromüxtəlifliyi spektrinin təbii hissəsi kimi qəbul edilməsinə yönəlib.

Onun sözlərinə görə, yeni tədqiqatlar yalnız autizmin diaqnostikasını deyil, həm də insan zehninin necə formalaşdığına dair ümumi anlayışı dəyişə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
baku.ws

2Sources