Gənc sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Məlumata görə, M-2 “Krım” magistralının 388-ci kilometrliyində 21 yaşlı sürücünün idarə etdiyi “Lexus” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə dəmir səddə dəyib, daha sonra isə yoldan çıxaraq çuxura düşüb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Namiq Musayev