EN

Avropa Yayım Birliyi İsrailin “Eurovision”dan kənarlaşdırılmasını səsverməyə çıxaracaq

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak edib-etməyəcəyi ilə bağlı onlayn səsvermənin keçiriləcəyini açıqlayıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, noyabrda keçiriləcək növbədənkənar Baş Assambleyada İsrailin iştirak edib-etməyəcəyini səsvermə müəyyən edəcək.EBU prezidenti Delphine Ernotte Cunci üzv təşkilatlara göndərdiyi məktubda İsrailin iştirakı ilə bağlı "görünməmiş baxış müxtəlifliyinin" olduğunu və bu səbəbdən məsələnin "daha geniş demokratik platformaya" çatdırılması lazım olduğunu bildirib.Bəyanatda əlavə edilib ki, bütün üzv baş direktorların iclası noyabrın əvvəlində onlayn səsvermə keçirəcək.Bu arada İspaniya, Hollandiya, İrlandiya, İslandiya və Sloveniyadakı bir neçə yayım şirkəti İsrailin müsabiqəyə qəbul olunacağı təqdirdə tədbiri boykot edəcəklərini açıqlayıb.Mehman Mehdiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
newscenter.az

1Sources