EN

“39 matçlıq qol seriyası möhtəşəmdir, amma..."

“Liverpul” Premyer Liqada ardıcıl 39 oyunda ən azı bir qol vurmaqla klub rekordunu yeniləyib.

90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot oyun öncəsi bu göstərici barədə danışıb.

“39 matçlıq seriya? Bəli, amma Crystal Palace-a qarşı qol vurmaq bizim üçün çox çətindir. Onlara qarşı üç oyunda iki dəfə bir qol vurmuşuq, bir dəfə isə iki qol vursaq da, onlar bizə iki qol vurmuşdu. Bu komandaya qol vurmaq həqiqətən çətindir. Biz indiyə qədər bunu bacarmışıq, amma onlar xüsusilə ilk oyunumuzdan sonra gücləniblər”

Qeyd edək ki, “Liverpul” 27 sentyabr, şənbə günü Premyer Liqanın növbəti turunda “Kristal Pelas” ilə səfər oyununda üz-üzə gələcək.

Chosen
33
90deqiqe.az

1Sources