“Mövsüm yeni başlayıb, indiki nəticələr aldadıcı ola bilər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat deyib.
Ölkəmizdə ikinci mövsümünü keçirən israilli legioner Premyer Liqanın arxada qalan turlarını dəyərləndirib.
O, “çempionatın startında qeydə alınan nəticələr səni təəccübləndirirmi” sualına cavabında bunları söyləyib:
“Bəzi komandalar hələ də istədiyi formada deyil. Yaxud da bir komanda digərinin imkanlarını düzgün qiymətləndirmir.
Ona görə də çempionatın əvvəlində turnir cədvəlinə xüsusi önəm verməyin tərəfdarı deyiləm. Hər şeyi gələcək göstərəcək.
Ümid edirəm ki, “Sumqayıt” bu mövsümdə öz sözünü deyəcək, uğurlu nəticələrə imza atacaq”.
“Kimyaçılar” 5 tur ərzində 10 xl tiplayıb. “Gənclik şəhəri” təmsilçisinin aktivində 3 qələbə, 1 heç-heçə var”.