EN

Tramp Ukraynaya uzunmənzilli silahların istifadəsinə icazə məsələsinə açıq olduğunu bildirib

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının kuluarlarında Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə uzunmənzilli Amerika silahlarının Rusiya ərazisinə qarşı istifadəsinə qoyulan məhdudiyyətlərin qaldırılmasına açıq olduğunu deyib.

“The Wall Street Journal” yazır ki, Zelenski görüşdə ABŞ-dan raket tədarükünün artırılmasını və onların Rusiya ərazisindəki hədəflərə qarşı istifadəsinə icazə verilməsini istəyib. Söhbət, xüsusilə, “Tomahawk” qanadlı raketlərindən gedib.

Məlumata görə, Tramp prinsipcə bu məsələyə açıq yanaşsa da, hələlik Ukraynaya konkret vədlər verməyib. WSJ-nin amerikalı və avropalı rəsmilərə istinadən yazdığına görə, administrasiya Kiyevə “Tomahawk” və digər uzunmənzilli sistemlərin ötürülməsi imkanını nəzərdən keçirir. 

 

Musavat.com

Chosen
13
23
musavat.com

10Sources