EN

Zaxarova: "III Dünya müharibəsi olacaq!"

Kiyevin Avropada təxribat planları təsdiqlənsə, müharibə olacaq.

Moderator.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Kiyevin Rumıniya və Polşada yalançı bayraq əməliyyatı həyata keçirmək planları ilə bağlı Macarıstan mətbuatının xəbərləri təsdiqlənsə, bu, III Dünya Müharibəsinə səbəb olacaq.

Diplomat əlavə edib ki, bir sıra Macarıstan KİV-lərində Volodimir Zelenskinin Rusiyanı günahlandırmaq məqsədilə Rumıniya və Polşada təxribat törətmək planları ilə bağlı xəbərlər yayılıb:

“Beləliklə, Rusiya ilə NATO arasında müharibəyə səbəb yaratmaq məqsədi ilə insident hazırlanır. Əgər bütün bunlar təsdiqlənsə, o zaman Avropa III Dünya müharibəsinin başlamasına bir addım da yaxınlaşacaq”.

Zaxarova qeyd edib ki, mövcud məlumatlara əsasən, Kiyev rejiminin planı bir neçə bənddən ibarətdir. Buna vurulan və ya ələ keçirilən bir neçə Rusiya PUA-sının təmiri, döyüş zərbəsi elementləri ilə bəzədilməsi, Ukrayna mütəxəssislərinin idarə etdiyi və Rusiyanınkı kimi təqdim olunan PUA-ların Polşa və Rumıniyadakı əsas nəqliyyat mərkəzlərinə göndərilməsi, eyni zamanda Avropada dezinformasiya kampaniyası aparmaq, Rusiya ilə NATO arasında qarşıdurma yaratmaq planları daxildir.

Chosen
4
5
moderator.az

6Sources