EN

ABŞ, Fransa və Böyük Britaniya İranla bağlı qətnaməyə veto qoyublar

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ, Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnaməyə veto qoyublar.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, İranın nüvə proqramı üzrə 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) 18 aprel 2026-cı il tarixinə qədər uzadılmasına dair qətnamə layihəsini qəbul etməyib.

Rusiya və Çin tərəfindən təqdim edilən qətnamə layihəsində həmçinin İrana qarşı tətik mexanizminin (sanksiyaların bərpası - red.) təxirə salınması nəzərdə tutulurdu.

Qətnamə layihəsinin lehinə 4, əleyhinə 9, bitərəf 2 səs verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
2
oxu.az

10Sources