EN

“Barselona”ya “yox” deyib - Fermin Lopesin atası

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes akademiyadakı ilk günləri və orada yaşadığı çətinliklər barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə “RAC1” telekanalına danışıb:

“La Masiya”dakı ilk günüm həyatımın ən pis günü idi. İlk dəfə idi ki, evdən ayrılırdım və çox ağladım”.

O, bildirib ki, “Barselona” onunla ilk dəfə maraqlandıqda cəmi 11 yaşı olub, ancaq ailəsi bu təklifi qəbul etməyib:

“O vaxt atam “yox” dedi, çünki çox balaca idim. İki il sonra klub yenidən əlaqə saxladı və bu dəfə bunun son şansım olduğunu dedilər”.

Lopes akademiyada keçirdiyi ilk illərin emosional baxımdan çox çətin olduğunu vurğulayıb:

“Ailəm və dostlarımdan uzaqda olmaq asan deyildi. Həqiqətən, çox çətin idi. Amma Xavi Simons və digər oyunçularla birlikdə yaxşı bir komanda formalaşdırdıq”.

Chosen
22
sportinfo.az

1Sources