BAKI, 27 sentyabr. TELEQRAF
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində gün ərzində ölənlərin sayı 60 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalının məlumatında deyilir.
Məlumata görə, gün ərzində Qəzza ərazisi İsrail tərəfindən güclü hava hücumlarına məruz qalıb.
Onlardan 13 nəfərinin ərzaq paylama məntəqələrindən yardım almağa çalışarkən öldürüldüyü bildirilir.