EN

Almaniyada dron təşvişi

Almaniyanın şimalında səmada bir neçə pilotsuz uçuş aparatı görünüb.

Publika.az xəbər verir ki, Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətində sentyabrın 26-na keçən gecə bir neçə naməlum pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Məlumata görə, polis müxtəlif nəzəriyyələri, o cümlədən casusluq və təxribat faktlarını araşdırır.

Danimarkada və digər Avropa ölkələrində baş verən son hadisələrlə əlaqədar olaraq, Şlezviq-Holşteyn polisi federal hakimiyyət orqanları və Bundesverlə (Almaniya Silahlı Qüvvələri) fəal əməkdaşlıq edir.

Əyalət polisi Almaniyanın digər şimal əyalətləri ilə koordinasiya da daxil olmaqla, dronlara qarşı müdafiəni gücləndirmək üçün addımlar atır.

Chosen
18
publika.az

1Sources