EN

Britaniya və ABŞ şəhərlərində siçovul bəlası Zərərvericilərin sayı 12 dəfə artıb

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniya və ABŞ-nin şəhərləri siçovulların çoxalmasından əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Britaniyanın zərərvericilərə qarşı mübarizə xidmətlərinin statistikasına görə, son illərdə siçovulların sayı 10 milyondan 120 milyona qədər artıb.

ABŞ-nin Vaşinqton, San-Fransisko və Nyu-York şəhərlərində də siçovulların aktiv şəkildə çoxaldığı qeyd olunur.

Mütəxəssislər iri şəhərlərdə gəmiricilərin artmasının səbəbləri arasında əhalinin "fast food" yeməklərinə üstünlük verməsi, zibil toplama qrafikinə riayət edilməməsi, eləcə də tikinti və yol işlərinin kanalizasiya sistemlərini sıradan çıxarmasını göstərirlər.

Bundan əlavə, bəzi nəzəriyyələrə görə, iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi də siçovulların çoxalmasına səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
oxu.az

1Sources