EN

KİV: İsveçdə naməlum pilotsuz uçuş aparatları qeydə alınıb

BAKI, 27 sentyabr. TELEQRAF

İsveçin Hərbi Dəniz Qüvvələrinin əsas bazasının yerləşdiyi Karlskruna arxipelağı üzərində iki naməlum pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə SVT nəşri məlumat yayıb.

Bildirilir ki, polis səmada uçuş aparatının olduğunu müəyyən edib. Həmçinin yerli sakinlər qırmızı və yaşıl işıqlarla işıq saçan PUA gördüklərini bildiriblər.

PUA-ların heç birini vurmaq və ya ələ keçirmək mümkün olmayıb. Polis ötən günlərdə Danimarka və Norveçdə dronların görünməsi ilə bu hadisə arasında olduğunu güman edir.

Chosen
26
teleqraf.com

1Sources