EN

ABŞ-la danışıqlar qeyri-mümkündür – Xamenei

İranın ali dini lideri Əli Xamneyi ABŞ-la danışıqların qeyri-mümkün olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, onun fikirləri Facebook hesabında yerləşdirilib.

Xamenei bildirir ki, ABŞ bütün razılaşmaları daim pozur və hərbi müdaxilə ilə hədələyir: "Qarşı tərəf bütün vədləri pozur, yalan danışır, davamlı olaraq hərbi müdaxilə ilə hədələyir. Bu tərəflə danışıqlar aparmaq mümkün deyil, tam inam və etibarla oturub razılığa gəlmək mümkün deyil".

Xamneyinin sözlərinə görə, əgər Vaşinqtonun imkanı olsaydı, İranın nüvə obyektlərini yenidən bombalaya və ya İranın yüksək rütbəli hərbçilərini öldürə bilərdi.

Qeyd edək ki, bu paylaşım İrana qarşı sanksiyaların təxirə salınmasına dair qətnamənin BMT Təhlükəsizlik Şurasında rədd edilməsindən sonra olunub.

Musavat.com

Chosen
11
4
musavat.com

5Sources