EN

Trampın parasetamolla bağlı iddialarına alimlərdən cavab

ABŞ prezidenti Donald Tramp parasetamolun (Tylenol) autizm ilə mümkün əlaqəsindən danışıb və insanları bu dərmanı qəbul etməməyə çağırıb.

Publika.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan yeni məqalədə tədqiqatçılar bu iddialara cavab veriblər.

Onlar vurğulayıblar ki, bu əlaqəni sübut edən etibarlı dəlillər mövcud deyil.

FDA həqiqətən də preparatın təlimat vərəqəsinə “mümkün assosiasiya” barədə xəbərdarlıq əlavə edib. Amma İsveç və Yaponiyada aparılan genişmiqyaslı tədqiqatlar göstərib ki, risk səviyyəsindəki fərqlər minimumdur və ailəvi amillər nəzərə alındıqda bu risk ehtimalı tamamilə yoxa çıxır. Hətta qardaş və bacılar müqayisə edildikdə və onlardan biri preparatı qəbul etdikdə, heç bir əlaqə aşkar edilməyib.

Chosen
13
2
publika.az

5Sources