EN

“Azərbaycanda futbola çoxlu sərmayələr qoyurlar”

21 yaşadək futbolçulardan ibarət Bolqarıstan yığmasının baş məşqçisi Aleksandr Dimitrov Avropa çempionatının seçmə mərhələsindəki ilk iki oyunlarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis millimizlə 1:1 hesablı bərabərə qaldıqları matçdakı mübarizədən razı qalıb.

Dimitrov Azərbaycanda futbolun inkişafda olduğunu sözlərinə əlavə edib:

“Cəbəllütariq və Azərbaycanla oyunlarda 6 xal toplamağı hədəfləmişdik. Təəssüf ki, Bakıda 2 xal itirdik

. Düzdür, Cəbəllütariq üzərində böyükhesablı (3:0) qələbə qazandıq. Ancaq Azərbaycana uzaq səfər olsa da, onlara qarşı daha yaxşı oynadıq.

Azərbaycan çox yaxşı inkişaf edən rəqibdir. Onlar futbola çoxlu sərmayələr qoyurlar”.

Bolqarıstanlı mütəxəssis U-21-in final mərhələsinə vəsiqə şanslarını da dəyərləndirib:

“Qrup çox çətin olsa da, Avropa çempionatına vəsiqə qazanmaq şansımız var. Gənclərdən ibarət millini növbəti mərhələyə çıxarmaq istəyirik”.

Chosen
23
2
sportinfo.az

3Sources