ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiya və Braziliyanın xarici işlər nazirləri Sergey Lavrov və Mauro Vieyra iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2026-2029-cu illər üçün siyasi məsləhətləşmələr planını imzalayıblar.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Xarici işlər nazirləri sənədi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində danışıqlardan əvvəl imzalayıblar.
Görüş bağlı qapılar arxasında davam edib.
Tərəflər Rusiya-Braziliya strateji tərəfdaşlığının dərinləşdirilməsi və ikitərəfli təmas cədvəlinin həyata keçirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.
Mina Mikayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.