EN

Kolumbiya prezidenti ABŞ vizasından məhrum edildi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ əsgərlərinə çağırışları səbəbindən vizasını ləğv etmək qərarına gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti "X" sosial media səhifəsində məlumat verib.

Məlumatda bildirilib ki, Petro Nyu-York küçələrinə çıxıb və hərbçiləri əmrlərə tabe olmamağa, zorakılığa təhrik etməyə çağırışlar edib.

"Biz Petronun məntiqsiz və qızışdırıcı hərəkətlərinə görə onun vizasını ləğv edəcəyik", - deyə ABŞ Dövlət Departamenti yazıb.

Bundan əvvəl isə Qustavo Petro bəyan etmişdi ki, ABŞ miqrantların hüquqlarına hörmət etmək niyyətində olmadığı üçün Azadlıq heykəlini Nyu-Yorkdan Kolumbiyanın Kartaxena şəhərinə köçürmək lazımdır. Petro həmçinin Prezident Donald Trampın rəhbərlik etdiyi hazırkı ABŞ Administrasiyasının immiqrasiya siyasətini də tənqid edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
oxu.az

2Sources