EN

Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
Oxu.Az xəbər verir ki, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edir, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyurlar.
Baş nazir Əli Əsədov başda olmaqla Nazirlər Kabinetinin əməkdaşları, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, müavini Mədət Quliyev Zəfər parkını ziyarət ediblər.
Xatırladaq ki, Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.
Aygün Mirakif, Əzizə İsmayılova, Məhərrəm Əliyev
Chosen
7
1
oxu.az

1Sources