Parlaq və sağlam bir dəriyə sahib olmaq arzusu çox vaxt mağazalarda “tez nəticə verən” məhsullar axtarışına səbəb olur. Lakin dermatoloqlar xəbərdarlıq edirlər ki, bazarda asanlıqla tapılan bəzi məhsullar dərinin təbii qoruyucu qatına ciddi zərər vura bilər.
E-saglam.az xəbər verir ki, dermatoloq və estetik mütəxəssisi Dr. Sina Qhadiri, bəzi dəriyə qulluq vasitələrinin nə özü, nə də pasiyentləri üçün uyğun olmadığını bildirib.
Onun sözlərinə görə, süni ətir, sərt kimyəvi maddələr və aşındırıcı tərkibli məhsullar dərinin təbii baryerini zəiflədir, xüsusilə də həssas və ya sızanağa meyilli dərilərdə iltihab riskini artırır.
DailyMail nəşrinin məlumatına görə, Dr. Qhadiri banyo rəfində olmamalı olan 4 məhsul növünü açıqlayıb:
Pilinq məhsulları:
Dərinin üst qatı, həm nəm və qida maddələrini qoruyur, həm də bakteriya və zərərli təsirləri kənarda saxlayır.
Lakin ceviz qabığı kimi sərt hissəciklərə malik pilinqlər mikro cırılmalara səbəb olaraq dərinin qoruyucu qatını zədələyə bilər. Bu da xüsusilə sızanaqlı və həssas dəridə iltihabı artırır.
Qhadiri, ölü hüceyrələrdən qurtulmaq istəyənlərə AHA və BHA turşuları ilə tərkibli, yumşaq təsirli pilinqlərdən istifadə etməyi tövsiyə edir.
Üz təmizləyici fraçkalar:
Son zamanlar populyarlaşan bu cihazlar dərini dərin təmizləmək iddiasındadır, lakin sərt təmizləyicilərlə birlikdə istifadə olunduqda dəridə qızartı, tahriş və iltihab yarada bilər.
Təkrarlanan mexaniki təmas rosacea və akne kimi problemləri daha da ağırlaşdıra bilər.
Qhadiri üz təmizliyində barmaq ucları ilə tətbiq olunan yumşaq təmizləyiciləri daha təhlükəsiz və effektiv hesab edir.
Qara nöqtə bantları:
Qara nöqtələri dərhal təmizləmək üçün istifadə olunan bu bantlar, dərinin üst qatını soyaraq baryerə zərər verir, kapilyar damarların çatlamasına səbəb ola bilər.
Bundan əlavə, bu üsul qara nöqtələrin yenidən yaranmasının qarşısını almır.
Mütəxəssislər, bunun əvəzinə salisil turşusu tərkibli, gözenəklərin dərinliklərinə təsir edən məhsulların istifadəsini məsləhət görürlər.
Makiyaj təmizləyici salfetlər:
Sürətli bir həll kimi görünən bu mendillər çox zaman tahrişedici maddələr ehtiva edir və dərini tam təmizləmir.
Təkrarlanan ovma hərəkətləri xüsusilə göz ətrafı kimi həssas nahiyələrdə zədələnməyə və erkən qocalma əlamətlərinə səbəb ola bilər.
Qhadiri, makiyajı təmizləmək üçün misel suyu və ya yüngül təmizləyici yağların daha sağlam alternativ olduğunu vurğulayır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az