EN

İranın "Avroüçlük" ölkələrindəki səfirləri XİN-ə çağırılıb

İranın "Avroüçlük" ölkələrindəki (Böyük Britaniya, Fransa, Almaniya) səfirləri BMT Təhlükəsizlik Şurasında İranın nüvə məsələsi ilə bağlı qətnamənin rədd edilməsindən sonra sanksiyaların gözlənilən bərpası fonunda məsləhətləşmələr üçün Tehrana çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

"BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnaməsinin bərpası məqsədilə Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı mübahisələrin həlli mexanizmindən sui-istifadə edən "Avroüçlük" ölkələrinin qanunsuz hərəkətləri fonunda İranın Böyük Britaniya, Almaniya və Fransadakı səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb", - məlumatda qeyd olunub.

Chosen
15
3
operativmm.az

4Sources