EN

27 Sentyabr – Anım Günü

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi böyük ehtiramla yad edilir.

Doğru.az xəbər verir ki, səhər saatlarından etibarən insanların ürəyi şəhidlərin ruhuna dualarla doludur. Məktəblərdə, idarə və müəssisələrdə şəhidlərin xatirəsi anılır, sosial şəbəkələrdə minlərlə insan “Allah rəhmət eləsin” sözləri ilə qəhrəmanlarımızı yad edir.

Azərbaycan xalqı üçün bu gün həm kədər, həm də qürur günüdür. Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı tariximizin əbədi yaddaşına həkk olunub.

DOĞRU.AZ

Chosen
12
dogru.az

1Sources