EN

Çin yeni peykini orbitə çıxardı - Təbii fəlakətləri əvvəldən biləcəklər

Çin yeni nəsil "Fengyun-3H" meteoroloji peykini uğurla orbitə çıxarıb.

Milli.Az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Buraxılış şənbə günü yerli vaxtla saat 03:28-də ölkənin şimalında yerləşən Ciuçüan kosmodromundan CZ-4C daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

Bu, CZ seriyası üçün artıq 596-cı uçuş olub.

Yeni peyk qlobal meteoroloji müşahidələri genişləndirəcək, iqlim dəyişikliklərinin izlənməsi və təbii fəlakətlərin proqnozlaşdırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, daha əvvəl Çin şirkəti Galactic Energy 2028-ci ildə ilk elektromaqnit raket buraxılış sistemini təqdim edəcəyini açıqlamışdı. Bu qurğu maqlev prinsipi ilə işləyəcək, fövqəladə keçirici maqnitlər sayəsində raket mühərriki işə düşmədən əvvəl daşıyıcının səsdən sürətli hərəkətinə imkan yaradacaq. Sistem ənənəvi üsullardan daha az səs-küylü olacaq və yanacaq xərclərinə qənaət edəcək.

İsmayıl
Milli.Az

Chosen
16
1
milli.az

2Sources