EN

Tramp: Qəzza ilə bağlı gərgin müzakirələr aparırıq

ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı danışıqlarla bağlı açıqlama verib.

Turkuatan.az xəbər verir ki, “Truth Social”a açıqlama verən ABŞ prezidenti 4 gündür ki, regionun bütün ölkələrini əhatə edən intensiv danışıqların davam etdiyini bildirib.

Danışıqlar barədə İsrailin baş naziri Benyamin Netanyahuya məlumat verildiyini deyən Tramp, Həmas-ın da vəziyyətdən xəbərdar olduğunu vurğulayıb.

ABŞ prezidenti öz bəyanatında qeyd edib ki, “Mən əvvəllər görmədiyimdən daha çox xoşməramlılıq və razılaşma əldə etmək istəyi var”.

Donald Tramp bəyan edib ki, danışıqlar razılıq əldə olunana qədər davam edəcək.

Aytən Yaşar/ Turkustan.az

Chosen
7
turkustan.az

1Sources