EN

Peru Konqresi Anım Günü ilə bağlı bəyanat qəbul edib

Peru Respublikasının Konqresi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib.

Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.

Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.

AzPost.az

Chosen
10
10
azpost.info

10Sources