EN

Braziliyalı hücumçunu Premyer Liqada nə zaman görəcəyik?

Ramon Maçado uzun fasilədən sonra «Araz-Naxçıvan»ın sıralarına dönüb.

Braziliyalı hücumçu artıq fərdi məşqlərə başlayıb.

Ötən mövsümdən bəri «ağ-qırmızılar»ın şərəfini qoruyan «sambaçı» növbəti həftədən kollektiv hazırlıq prosesində aktiv iştirak edəcək.

Cənubi amerikalının oktyabrın ikinci yarısından etibarən Premyer Liqada meydana çıxması gözlənilir. Hər halda həkimlər məşqçilər korpusunu belə bir xəbərlə müjdələyib.

Maçado iyulda ağır zədə alıb. O, Erzurum toplanışı zamanı «Trabzonspor»la keçirilən yoxlama görüşündə (0:0) sıradan çıxıb.

Forvardın bud nahiyəsinin arxa əzələsində yırtıq əmələ gəlib. Braziliyalı həmin tarixdən bu tərəfə yalnız müalicə kursu keçib və sağalma prosesi gec gedib.

Maçadonun bərpa prosesinin ləng getməsi baş məşqçi Elmar Baxşıyevi də dilə gətirib:

«Ramon bizim üçün önəmli futbolçudur. Amma sağalmağı uzana-uzana gedir. Ümid edirik ki, tez bir zamanda qayıdar.

Tam hazır olmalıdır ki, kollektivə qoşulsun. Dizin arxasında olan əzələsində problemi var».

SPORTİNFO.AZ

Chosen
11
sportinfo.az

1Sources