EN

ABŞ Netanyahuya arxa çevirdi – Təl-Əvivin planı pozulur

İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib ki, əgər HƏMAS İsrail tərəfinin bütün tələblərini yerinə yetirsə, yəni silahı yerə qoysa və bütün girovları qaytarsa, Qəzza zolağında müharibə dərhal dayana bilər.
B.Netanyahu həmçinin bəyan edib ki, İsrail ayrıca Fələstin dövlətinin yaradılması ideyasını tamamilə rədd edir.
"Bu, sentyabrın 11-dən sonra Nyu-Yorkdan bir mil məsafədə "Əl-Qaidə"yə dövlət yaratmağa icazə verməyə bərabərdir", - o qeyd edib.
 
Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İsrailin baş naziri Netanyahu elə şərtlər irəli sürür ki, bu, Rusiyanın Ukraynadakı müharibədə irəli sürdüyü şərtlərə bənzəyir:
 
“Yəni bu, bir anlaşma deyil, faktiki olaraq diktədir. O fantastik şərtləri irəli sürür və özü də başa düşür ki, buna heç kim razılaşmayacaq. İsrailin baş nazirinin  məqsədi müharibəni uzatmaqdır. Çünki Benyamin Netanyahunun hakimiyyətinin taleyi faktiki olaraq müharibədən asılıdır. Əgər müharibə bitsə, onun mövqeyi zəifləyəcək. Hətta komandasında belə müharibəyə etiraz edənlər var, hələ kənar təsirləri  demirəm. Ona görə də o bilərəkdən müharibəni uzadır.
İrana, sonra Yəmənə və digər ərəb ölkələrinə edilən hücumlar da bunun təzahürüdür. İsrail hazırda böyük bir atəşkəsə hazır deyil və razılaşmır. Fələstin məsələsinə gəlincə, dünya dövlətləri tədricən Fələstini dövlət kimi tanıyırlar. Bir çox dövlət iki dövlətli həll yolunu dəstəklədiyini bildirir.
Belə olan halda, İsrailin iradəsi və arzuları o qədər də keçərli olmayacaq. Son vaxtlar ABŞ-ın İsraillə münasibətlərində də müəyyən soyuqlaşma müşahidə olunur ki, bu, Netanyahunun şıltaqlıqlarının nəticəsidir. Hətta bir vaxtlar onu dəstəkləyən ABŞ artıq arxasından çəkilir. İsrailin hazırkı səsləndirdiyi təklif və tələblər yerinə yetirilməyəcək..”.
 
Mehin Mehmanqızı
 
Chosen
7
moderator.az

1Sources