EN

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 ABŞ dolları, yaxud 1,84 % artaraq 73,76 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,35 ABŞ dolları və ya 1,90 % artaraq 72,24 ABŞ dolları təşkil edib.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
33
48
anews.az

10Sources