EN

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xətai rayonunda silsilə tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq  Xətai rayonunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirlər çərçivəsində Gənclik parkının ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiya şəhidlərin əziz xatirəsinə ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlaşdırma işləri aparılıb. Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin xatirəsinin unudulmaması və ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Rafiq Quluyev şəhidlərin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. RİH başçısı bu gün işğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.

Digər çıxış edənlər ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın qarşını almağa qadir olduğundan söz açıblar. İcra başçısı daha sonra şəhid ailələri və qazilərın hər biri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verib. 

Chosen
4
2
ikisahil.az

3Sources