EN

Peru Konqresi Anım Günü ilə bağlı bəyanat qəbul edib - FOTO

Peru Respublikasının Konqresi 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib.

Moderator.az xəbər verir ki, Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.

Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.

1414618

1414617

Chosen
13
10
moderator.az

10Sources