EN

Pezeşkian yaralandı: “Biz ölümdən qorxmuruq!”

 

İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda NBC News telekanalına müsahibədə 12 günlük müharibə zamanı diz nahiyəsində yaralanması barədə danışıb.

Hurriyyet.az xəbər verir ki, onun bu çıxışı “Tasnim News” vasitəsilə yayımlanıb.

O, hücumları “son dərəcə qeyri-qanuni və qeyri-etik, lakin buna icazə verilən addımlar” kimi qiymətləndirərək bildirib: “Bizi hamı kimi şəhid etmək istədikləri üçün bizə hücum etdilər. Biz ölümdən, şəhidlikdən qorxmuruq. Biz həyatımızı yaşadıq.”

Pezeşkian həmçinin yarasının detalları barədə də açıqlama verib: “Xüsusi bir şey deyildi, sadəcə diz nahiyəsində hematoma əmələ gəlib. Mayeni və qanı çıxardıq və mən bundan sonra sağaldım.”

Müsahibə zamanı müxbir ona hücumlar zamanı başına gələnləri amerikalı tamaşaçılara danışmasını və dəqiq haradan zədələndiyini soruşub.

Chosen
7
3
hurriyyet.az

4Sources