EN

İran Xarici İşlər Nazirliyi Aİ-3 ölkələrinin səfirlərini məsləhətləşmələr üçün Tehrana çağırıb

BMT Təhlükəsizlik Şurasının Rusiya və Çinin təklif etdiyi qətnamə layihəsini rədd etməsindən sonra İran Xarici İşlər Nazirliyi Aİ-3 ölkələrinin (Birləşmiş Krallıq, Almaniya və Fransa) səfirlərini məsləhətləşmələr üçün çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini bərpa etmək üçün JCPOA-nın mübahisələrin həlli mexanizmindən sui-istifadə edən üç Avropa ölkəsinin məsuliyyətsiz hərəkətləri ilə əlaqədar olaraq, İran İslam Respublikasının Almaniya, Fransa və Böyük Britaniyadakı səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb", -  məlumatda deyilir.

Chosen
15
operativmedia.az

1Sources