Sentyabrın 29-da Balakən və Qəbələ rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Balakən rayonunda quraşdırılacaq balans qovşaqlarının yerləşdiyi ərazilərdə istismara yararsız müxtəlif diametrli siyirtmələrin yenisi ilə əvəzolunması məqsədi ilə saat 09:00-dan işlər yekunlaşanadək Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə 20351 abonentin qaz təchizatı daxildən dayandırılacaq.
Qəbələ rayonu Zarağan kəndi ünvanında yerləşən İbişova Xalidə Fərrux qızına məxsus fərdi yaşayış evinin qaz xəttinə mənbəyə qoşulması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək kənddə 1115 abonentin qaz təchizatı dayandırılacaq.
Eyni zamanda, rayonun Vəndam qəsəbəsində yerləşən Əliyev Vüqar Elçin oğluna məxsus fərdi yaşayış evinin qaz xəttinə qoşulması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək qəsəbənin bir hissəsində 171 abonentin qaz təchizatı dayandırılacaq.
Qurumdan bildirilib ki, hər iki rayyon ərazisində işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Milli.Az