EN

Öskürək və bəlğəmə qarşı təbii dəstək: Zəncəfil, sarımsaq və limon çayı

Mövsüm keçidlərində artan öskürək, xırıltı, bəlğəm və boğaz infeksiyaları gündəlik həyatı xeyli çətinləşdirə bilər. Xüsusilə soyuqdəymə və qrip kimi tənəffüs yolu xəstəliklərində bitki çayları həm əlamətləri yüngülləşdirməkdə, həm də immuniteti gücləndirməkdə mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, güclü tərkibi ilə bəlğəmgətirici və iltihabəleyhinci təsir göstərən bu xüsusi çay, müntəzəm qəbul edildikdə təbii bir şərbət kimi fayda verə bilər. Üstəlik, hazırlanması çox sadədir – mətbəxinizdə olan zəncəfil, sarımsaq və limon qabığı ilə hazırlanır.

Zəncəfil

İltihab əleyhinə təsiri ilə boğazdakı qıcıqlanmanı azalda bilər. Tərkibindəki gingerol maddəsi sayəsində öskürək simptomlarını yüngülləşdirir və nəfəs yollarını rahatladır.

Sarımsaq

Allicin adlı kükürdlü birləşmələr ehtiva edir. Antibakterial və antiviral xüsusiyyətləri ilə immuniteti gücləndirir, tənəffüs yollarını qoruyur və öskürəyin azalmasına kömək edir.

Limon qabığı

Antioksidantlarla zəngindir, boğazı yumşaldır və orqanizmin müdafiə sistemini gücləndirir.

Bu üçlü birlikdə hazırlandıqda həm boğazı rahatladır, həm də nəfəs yollarını açaraq nəfəs almanı asanlaşdırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
16
e-saglam.az

1Sources