EN

Reşford transferi üçün "Barselona"ya rəqib çıxdı

İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Parislilər Reşford üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə 45 milyon ödəməyə hazırdır. "Barselona" isə 30 milyon avroluq satınalma bəndini işə salaraq 27 yaşlı vingerin transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
8
sportal.az

1Sources