EN

Rüfət oynadı, komandası qalib gəldi

Xorvatiya çempionatında 8-ci turun matçlarına start verilib. 

İdmanxeber.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” evdə “Vukovar”la üz-üzə gəlib.

Matç Abdullazadənin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan futbolçu meydana start heyətində çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

“Varajdin” 8 turdan sonra 12 xalla 3-cü pillədə qərarlaşıb.

Chosen
9
1
idmanxeber.az

2Sources