EN

Anar Eyvazov: Hərbi Memorial Məzarlıq ərazilərində geniş bərpa işləri həyata keçirilib

BAKI, 27 sentyabr. TELEQRAF

Konstitusiya və. Suverenlik İli" çərçivəsində Vətən Müharibəsinin beşincisi ildönümü ərəfəsində Ali Baş Komandanımızın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıq ərazilərində geniş bərpa işləri həyata keçirilib.

Teleqraf xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Anım Günü ilə bağlı Hərbi Memorial Məzarlıqda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Birinci Qarabağ Müharibəsi, aprel döyüşləri, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif olunmuş mülki şəxslərin uyuduğu bu ərzilərdə aparılan yenidənqurma işləri nəticəsində arada mövcud olan daş hasar aradan qaldırılıb.

Onun sözlərinə görə, Ali Baş Komandanımızın göstərişi ilə həyata keçirilən yenidənqurma işlərində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı, ümumilikdə 670 şəhidimizin uyuduğu bu ərazilərdə şəhid ailələrinin təklif və istəkləri nəzərə alınıb:

"Ərazidə Vətən Müharibəsini simvolizə etdirən 44 m-lik monumental abidə ucaldılıb, Vətən Müharibəsi günlərini və hadisələrini üzərində əks etdirən lövhələr ucaldılıb. İnanıram ki, bu müqəddəs ərazilərə ziyarət edən vətəndaşlarımız şəhidlərimizin fədakarlığını hiss edəcək, bizim böyük irsimizi qəlbinə daşıyacaq. Anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti ilk növbədə Ulu Öndərin məzarını ziyarət edib, daha sonra Hərbi Memorial Məzarlığı və Zəfər kompleksini də ziyarət edərək şəhidlərimizə hörmət və ehtiram nümayiş etdiriblər. Müdafiə Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Abadlıq Xidməti ilə qarşılıqlı əlaqədə həyata keçirilən kompleks yenidənqurma tədbirləri nəticəsində bu ərazilər xalqımızın milli mənəvi dəyərlərini və şəhidlərimizin əziz xatirəsini əks etdirir".

Chosen
7
2
teleqraf.com

2Sources