EN

Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişinin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1972-ci il təvəllüdlü Azər Ələkbər oğlu Nağıyev ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə təmir-bərpa işləri apararkən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb. Pepperoni pizza

Xilasedicilər zərərçəkmiş A.Nağıyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Telegram kanalımız
Chosen
20
5
yenisabah.az

9Sources