EN

Ukrayna Rusiyaya hücum etdi

Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən Çuvaşiyada yerləşən neftötürmə stansiyasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbə endirilib."Bakuinfo" xəbər verir ki, bu barədə Çuvaşiya Respublikasının rəhbəri Oleq Nikolayev özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb. Çivil rayonu ərazisində, Konar qəsəbəsi yaxınlığında yerləşən obyekt cüzi zədələnib. Stansiyanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

"Fövqəladə reaksiya sistemi gücləndirilmiş rejimdə işləyir, vəziyyəti tam nəzarətdə saxlayırıq və bütün zəruri tədbirləri görürük", — deyə Nikolayev bildirib.

Bundan əvvəl məlumat verilmişdi ki, Rusiya hərbçiləri Donetsk Xalq Respublikasında (DXR) fəal əməliyyatlar zamanı partlayıcı aviasiya bombası ilə endirilmiş zərbə nəticəsində doqquz ukraynalı hərbçini məhv ediblər. (Ajans.az)

Chosen
15
1
bakuinfo.net

2Sources