27 Sentyabr – Anım Günü münasibətilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında bir dəqiqəlik sükut elan edilib.
Anım dəqiqəsi zamanı şəhər və rayonların mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, nəqliyyat vasitələri siqnallar verib.






