EN

Kobaxidze: Məqsədimiz ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan başlamaqdır

Gürcüstanın məqsədi və vəzifəsi ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan konkret yol xəritəsi ilə başlamaqdır.

“İki sahil” xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Nyu-Yorkda amerikalı həmkarı Donald Trampla görüşü strateji tərəfdaşlığın bərpasına töhfə verəcək.

"ABŞ-yə gəlincə, konkret məqsəd və vəzifəmiz var - ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan, konkret yol xəritəsi ilə başlamaq. Ümid edirəm ki, bu görüş də buna töhfə verəcək. Biz buna tam hazırıq. Qalan məsələlərdə amerikalıların mövqeyini gözləyəcəyik", - o qeyd edib.

Chosen
5
ikisahil.az

1Sources