EN

Kəlbəcərdə 27 Sentyabr - Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kəlbəcərdə 27 Sentyabr - Anım Gününə həsr olunan "Yaşıl irs - əbədi xatirə" ağacəkmə aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, ağacəkmə aksiyası Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Tədbir 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsinin anılması məqsədilə, onların əziz xatirəsinə həsr edilib.
27 sentyabr 2020-ci il tarixində ölkəmizdə Vətən müharibəsi başlayıb. Həmin günün xatirəsi şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 2 dekabr tarixində imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən qeyd edilir.
Aksiya çərçivəsində Kəlbəcərin iqliminə uyğun 100 ədəd ağac (qara şam, çinar, birgöz, Arizona sərvi və s.) əkilib.
Layihənin əsas məqsədi 27 sentyabr - Anım Gününün mahiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti təbliğ etmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Chosen
12
50
oxu.az

10Sources