EN

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də həmin qurumların rəhbərliyi, ali zabit heyəti Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Vətən Müharibəsinin 5-ci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.

Daha sonra hərbi orkestrın müşayəti ilə dövlət himni səsləndirilib, eləcə də yaylım atəşi açılıb.

*** 09:03

Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki dövlət və ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, şəhər sakinləri, eləcə də Azərbaycanın müxtəlif yerlərindən gəlmiş insanlar şəhid məzarlarını ziyarət edir, məzarın önünə əklil qoyurlar.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan "Dəmir yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.

Chosen
10
1
far.az

5Sources