EN

Dini konfessiyaların nümayəndələri Anım gününü qeyd ediblər

Azərbaycandakı dini konfessiyaların nümayəndələri Anım gününü qeyd ediblər.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında toplaşan Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və icma üzvləri bildiriblər ki, Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi hər zaman yaşayacaq.

Hər bir dini konfessiya rəhbəri öz dini inanc və ayininə uyğun şəkildə Vətən müharibəsi şəhidlərini yad edib, onların ruhları üçün dualar oxunub.

Vətən müharibəsi şəhidlərinin şərəfinə ehsan süfrəsi açılıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib:

"Bu gün xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümüdür. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda haqq savaşımızın tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir. Azərbaycan xalqı sentyabrın 27-də öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin!

Chosen
5
5
publika.az

6Sources