EN

Ərdoğan Azərbaycanın Anım Günündə şəhidlərin xatirəsini yad etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 27 Sentyabr - Anım Günündə Qarabağı və işğal altındakı torpaqlarımızı azadlığa qovuşduran şəhidlərin xatirəsini yad edib.
Oxu.Az-ın məlumatına görə, R.T.Ərdoğan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Dostumuz, qardaşımız, can Azərbaycanımızın anım günündə böyük qəhrəmanlıq nümunəsi göstərərək, Qarabağı və işğal altındakı digər Azərbaycan torpaqlarını azad edən şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ əbədi olaraq Azərbaycandır", - deyə Ərdoğan paylaşımda bildirib.
Chosen
12
5
oxu.az

10Sources