2011-ci ildə Dərada baş verən hadisələrə görə ittiham olunan Suriyanın keçmiş prezidenti Bəşər Əsəd üçün qiyabi həbs qərarı verilib.
Teleqraf xəbər verir ki, bu barədə hakim Tofiq Əl-Əli məlumat yayıb.
Hakim "SANA"ya açıqlamasında bildirib ki, eks-prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və həbsdə ittiham edilir.
Onun sözlərinə görə, bu qərar beynəlxalq təqibə yol açır. Qərar 2011-ci ildə Dəra hadisələrində həlak olanların qohumlarının məhkəmə iddiası əsasında verilib.
Qeyd edək ki, 24 il hakimiyyətdə olmuş Bəşər Əsədi silahlı müxalifət 2024-cü ilin dekabrın 7-də devirib.