EN

Suriya məhkəməsi Bəşər Əsədin qiyabi həbsinə order verib

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin qiyabi həbsi barədə order verib.

Operativ Media xəbər verir ki, bu barədə SANA xəbər agentliyi ali hakimə istinadən məlumat yayıb.

Hakimin sözlərinə görə, 2011-ci ildə Dəraa hadisələri ilə bağlı irəli sürülən ittihamlar əsasında Əsəd barəsində qiyabi həbs qərarı qəbul edilib və bu qərar “beynəlxalq təqibə yol açır”.

Keçmiş prezident “qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və qanunsuz həbs” ittihamları ilə üzləşir. Qərar Dəraa hadisələri zamanı həlak olanların qohumlarının məhkəməyə müraciəti əsasında qəbul olunub.

1Sources