EN

Astarada 60-dan çox ev su altında qaldı

Astara rayonunun Ərçivan qəsəbəsində leysan yağışları güclü subasmaya səbəb olub.

Qəsəbə sakinlərinin News365.az-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 60-dan çox ev su altında qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qrupları cəlb olunub. Ərazidə təxliyə işləri aparılıb, 30-dan çox sakin təhlükəsiz əraziyə köçürülüb


Chosen
11
3
news365.az

4Sources