EN

Sosioloqdan həyəcan siqnalı: Boşanmanın əsas səbəbi bunlardır

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Son illər Azərbaycanda boşanmaların sayının artması cəmiyyətin diqqət mərkəzindədir. Statistika göstərir ki, ailələrin dağılması halları ildən-ilə çoxalır və bu tendensiya artıq sosial narahatlıq doğurur. Maraqlıdır ki, mövzu mediada və ictimai müzakirələrdə nə qədər geniş yer alırsa, sanki bir o qədər də adiləşir və nəticədə boşanmaların azalması əvəzinə artması müşahidə olunur.

Boşanmaların kökündə nə dayanır?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, boşanma mövzusu cəmiyyətdə nə qədər çox müzakirə olunursa, sanki bu məsələ getdikcə adiləşir və nəticədə əks effekt yaradır:

“Yəni boşanmaların azalması əvəzinə artması müşahidə olunur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, bu mövzunu qabartmaq əvəzinə ona daha az toxunsunlar. Boşanmaların səbəblərinə gəlincə, burada çoxsaylı faktorlar rol oynayır. Hər bir ailə özünəməxsus səbəbdən dağılsa da, ümumi tendensiyalar var. Əlbəttə ki, süni və saxta boşanmalar da mövcuddur. Məsələn, insanlar bəzən xarici ölkədə oturum icazəsi almaq, mülkiyyət əldə etmək və ya müəyyən sosial dəstəkdən faydalanmaq üçün bu yola əl atırlar. Lakin bu hallar ümumi statistikanın çox kiçik bir hissəsini təşkil edir”.

Üzeyir Şəfiyev

Sosioloqun sözlərinə görə, əsas boşanma səbəbləri daha çox insanların düşüncə tərzindəki dəyişikliklərlə bağlıdır:

“Müasir dövrdə insanlar getdikcə daha eqoist, hedonist, zövq və rahatlıq düşkünü olmağa meyllənirlər. Ailə və uşaq məsuliyyətini üzərlərinə götürmək istəmirlər, komfort və lüks həyat axtarırlar. Bu səbəbdən də gənc ailələr arasında boşanmaların sayı sürətlə artır. Digər diqqətçəkən məqam isə son illərdə “boz boşanma” adlandırılan bir tendensiyanın genişlənməsidir. Yəni 50 yaşdan yuxarı insanlar arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb.

Halbuki əvvəllər Azərbaycanda bu hal xarakterik deyildi. Nəticə etibarilə, boşanma mövzusu çoxşaxəli səbəblərlə izah olunur. Bu, həm sosial-iqtisadi faktorlarla, həm də insanların düşüncə və dəyərlərində baş verən dəyişikliklərlə sıx bağlıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
globalinfo.az

1Sources