EN

Prezident balaca Nilayla görüşdü

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

News24.az xəbər verir ki, dövlət başçısının kompleksdə şəhər sakinləri ilə səmimi görüşü olub. Görüş zamanı diqqət çəkən məqamlardan biri Prezidentin əlindən tutan azyaşlı qız olub. Vətən müharibəsi dövründə ermənilərin Gəncəyə raket hücumu nəticəsində ata-anasını itirən Nilayın Prezidentlə əl-ələ görüntüsü böyük maraq doğurub.

Qeyd edək ki, həmin hücum zamanı Nilay Əliyeva yalnız valideynlərini deyil, həm də nənəsini itirib. Atası Adil Əliyev partlayış anında, anası Günay Əliyeva isə bir gün sonra həlak olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
news24.az

2Sources